[b]“Xəzər Lənkəran” - “Qarabağ” matçının məkanı dəqiqləşdi[/b]
11.12.2014 - 11:07
[b]“Xəzər Lənkəran” - “Qarabağ” matçının məkanı dəqiqləşdi[/b]

“Qarabağ”la Premyer Liqanın XVII turu çərçivəsində baş tutacaq ev oyunumuzu Lənkəranda keçirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

 

Bir müddətdi ev oyunlarını paytaxtda keçirən “Xəzər Lənkəran” doğma meydanın ot örtüyünü yaxşılaşdırmaq üçün bu addımı atıb. Artıq Lənkəran şəhər stadionunun qazonu ideal vəziyyətə gətirilib. Klub rəsmisinin sözlərinə görə, orda oyun keçirmək üçün heç bir problem yoxdu. Buna əsaslanan vitse-prezident növbəti ev matçını doğma publika qarşısında keçirəcəklərini vurğulayıb: “Mütəxəssislərlə danışmışıq, stadionda oyun keçirmək mümkündü. Qazonun vəziyyəti də yaxşıdı. Hava şəraitindən asılı olmayaraq, biz “Qarabağ”ı Lənkəranda qəbul edəcəyik”.

 

Nadirov təmirin məhz bu vaxta təsadüf etməsinə də toxunub: “Əslində, biz bu işi Con Toşakın vaxtında həyata keçirmək istəyirdik. O da Avropa Liqasının matçlarından sonra işə başlamağımızı istədi. Mütəxəssislər ilin iki ayında – mart və ya dekabrda bu işi görməyin mümkün olduğunu bildirib. Təbii ki, mart çempionatın sonuna yaxın olduğundan, heç bir baş məşqçi bununla razılaşmırdı. Ona görə işi dekabrda gördük”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu dekabrın 18-də keçiriləcək.