[b]“Xəzər Lənkəran” 4 futbolçudan məhrumdu[/b]
16.12.2014 - 10:30
[b]“Xəzər Lənkəran” 4 futbolçudan məhrumdu[/b]

Topaz Premyer Liqasının XVII turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını paytaxtda davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda gündə bir dəfə olmaqla, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçir.

 

Sabah Lənkərana yola düşəcək “ağ-yaşıllar” son məşqini doğma arenada edəcək. Ancaq zədəli və cəzalı futbolçuların olması məşqçilər korpusunu narahat edir. Rauf Əliyev və Manuel Skarlatakenin zədə, Alfred Sankonun isə cəza ucbatından “Qarabağ”la matçı buraxacağı dəqiqdi. Həmçinin ölkəsinə yollanan Deyan Blajevski də baş məşqçi Oğuz Çətinin ixtiyarında olmayacaq. Digər zədəli futbolçu Rasim Ramaldanovun iştirakı isə sual altındadı.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu dekabrın 18-də keçiriləcək və saat 17:00-da başlayacaq.