[b]“Xəzər Lənkəran” – AZAL oyunu təxirə salına bilər - RƏSMİ[/b]
17.10.2015 - 12:02
[b]“Xəzər Lənkəran” – AZAL oyunu təxirə salına bilər - RƏSMİ[/b]

Topaz Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – AZAL oyunu təxirə salına bilər. Bu barədə məlumatı apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

O bildirib ki, Lənkəranda aramsız yağan yağış stadiona ciddi təsir edib: “10 gündü Lənkərana yağış yağır. Son 4 gündü isə bir saniyə də yağış dayanmayıb. Bu, nəinki stadionun ot örtüyünə təsir edir, hətta artıq su süzülmür. Əsas problem isə odu ki, Lənkəran çayı daşmaq üzrədi. Stadion da çaya çox yaxındı. Sabah AFFA nümayəndəsi gəlib stadiona baxış keçirəcək. Bugünkü hava durumundan çox şey asılıdı”.

 

Cəbrayıloğlu qarşılaşmanın başqa stadionda keçirilməsi variantının hələ müzakirə olunmadığını da əlavə edib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL oyunu sabah saat 18:00-da start götürməlidi.