Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın yoxlama görüşündə qarşılaşacağı sonuncu rəqib də demək olar ki, bəllidi. Apasport.az saytının məlumatına görə, cənub klubu Azərbaycana qayıtmazdan öncəki son matçında Tiflis “Lokomotiv”i ilə üz-üzə gələ bilər.
Tərəflər arasında danışıq artıq başa çatmaq üzrədi. Gürcüstanın I liqasında mübarizə aparan komanda ilə görüşün yanvarın 25-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Xəzər Lənkəran” Antalyada olduğu müddətdə həmçinin yanvarın 10-da “Tekirdağspor” (Türkiyə), 14-də “Çemnitzer” (Almaniya), 17-də “Erciyesspor” (Türkiyə) və 21-də “Nürnberq”lə (Almaniya) qarşılaşacaq.