[b]“Xəzər Lənkəran” azarkeşlərinə Tounkara müjdəsi[/b]
01.09.2015 - 20:18
[b]“Xəzər Lənkəran” azarkeşlərinə Tounkara müjdəsi[/b]

Doğma şəhərdə hazırlıqlarını davam edən “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda sentyabrın 1-də günün ikinci yarısında stadionun ehtiyat meydançasında axşam məşqinə çıxıb.

 

Milli komandaların düşərgələrində olan futbolçulardan savayı bütün heyətin qatıldığı hazırlıq prossesində zədəsini sağaltmaq üzrə olan Sadio Tounkara da iştirak edib. Afrikalı futbolçu artıq toplu çalışmalara başlayıb.

 

Qeyd edək ki, sentyabrın 2-də “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyunu keçiriləcək. Qarşılaşma saat saat 11:00-da başlayacaq. (12cioyuncu.info)