Topaz Premyer Liqasında son iki ev oyununu Bakıda keçirən “Xəzər Lənkəran” bundan heç də məmnun deyil. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu apasport.az saytına açıqlamasında “Qarabağ”la XVII tur matçını Lənkəranda keçirə biləcəklərini deyib.
Onun sözlərinə görə, ot örtüyü hazırda ideal vəziyyətdədi və mütəxəssisin fikrinə əsasən hərəkət edəcəklər: “Ota baxan mütəxəssis müsbət rəy versə, “Qarabağ”ı öz meydanımızda qəbul edəcəyik. Ümid edirik ki, həmin oyun ərəfəsi güclü yağış olmaz, biz də doğma azarkeşlərimiz önündə oyun keçirərik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” paytaxtda keçirdiyi ev oyununda “Neftçi” ilə bərabərə qalıb, “Qəbələ”ni isə 3:0 hesabı ilə məğlub edib. Cənub təmsilçisi Premyer Liqanın XVII turunda “Qarabağ”ı (18 dekabr), XVIII turunda isə AZAL-ı (21 dekabr) qəbul edəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı