[b]“Xəzər Lənkəran” doğma şəhərə yollanır[/b]
15.09.2014 - 01:00
Sentyabrın 13-də paytaxtda keçirilən “Böyük oyun”da məğlubiyyət acısı yaşayan “Xəzər Lənkəran” bu gün doğma şəhərə yollanacaq. Apasport.az saytının məlumatına görə, bu gün səhər saatlarında Bakını tərk edəcək komanda Lənkərana gedəcək və qarşıdakı turun oyununa da orada hazırlaşacaq.
Premyer Liqanın VI turunda isə “Xəzər Lənkəran” doğma meydanda “Araz Naxçıvan” klubunu qəbul edəcək.
Mənbə: 12cioyuncu.info
0
0