“Qalin İvanovla Deyan Blajevskiyə xəbərdarlıq etmişik. Onlar barədə ciddi ölçü götürüləcək. Hər ikisindən FİFA-ya şikayət edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
O bildirib ki, “Levski” ilə anlaşmaq üzrə olan İvanovun həmin komandaya keçidi baş tutmayacaq: “Çünki onun bizimlə müqaviləsi mövsümün sonuna qədərdi. Klubun icazəsi olmadan da heç yerə gedə bilməz. İvanovun menecerinə son xəbərdarlığımızı etmişik. Əgər dönməsə, FİFA-ya şikayətimizi bildirəcəyik. Blajevskiyə gəlincə, onun müqaviləsi bu ayın sonuna qədər olsa da, futbolçu vaxtından tez düşərgəni tərk edib. Bununla bağlı da müraciətimiz olacaq”.
Qeyd edək ki, Deyan Blajevski “Vardar” (Makedoniya), Qalin İvanov isə “Levski” (Bolqarıstan) ilə danışıq aparır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı