Premyer Liqanın V turunda əzəli rəqibinnə minimal hesabla (0:1) məğlub olan “Xəzər Lənkəran” öncədən planlaşdırılan istirahətdən məhrum olub. Apasport.az saytının məlumatına görə, komanda sentyabrın 14-də səhər saatlarında Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşq edib.
Hazırlıq prossesinin ardından sərbəst buraxılmalı olan futbolçulara cəza olaraq istirahət yasaqlanıb.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın bütün məşqlərinin paytaxt Bakıda keçirilməsi futbolçuların istəyi idi. “Böyük oyun”dakı acı məğlubiyyət isə bütün planları alt-üst edib.
Belə ki, ikigünlük istirahət və qarşıdakı “Araz Naxçıvan”la matça hazırlıqların Bakıda keçirilməsi də ləğv olunub. Əvəzində isə “Xəzər Lənkəran” sentyabrın 15-də Lənkərana yollanaraq növbəti turun hazırlığını da doğma şəhərdə keçəcək.
Mənbə: 12cioyuncu.info