Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Neftçi” ilə oyunda (2:2) qırmızı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçuları Əfran İsmayılovla Sadio Tounkara ikiqat cəzaya məruz qalıblar. Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılacaq oyunçuları klub rəhbərliyi artıq cərimələyib.
Klubdan aldığımız məlumata görə, hər iki futbolçu ciddi məbləğdə cərimələnib, lakin onların əvəzedici heyətə göndərilməsi məsələsi gündəmdə deyil.
Xatırladaq ki, “Neftçi” ilə matçdan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin də İsmayılov və Tounkaranın hərəkətinin bağışlanılmaz olduğunu bildirmişdi.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyununda Sadio Tounkara 45+2-ci, Əfran İsmayılov isə 74-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək