Qış fasiləsində aparıcı futbolçuları ilə vidalaşan “Xəzər Lənkəran” heyətinə yeni oyunçular cəlb etmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın maraq dairəsində Premyer Liqanın debütantı “Zirə”nin 2 üzvü var.
Söhbət yarımmüdafiəçi Hacı Əhmədov və müdafiəçi Ruslan Cəfərovdan gedir. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov hər iki futbolçunu komandasında görmək niyyətindədi. Danışıqlara start verən cənub klubu qarşı tərəfin cavabını gözləyir.
Əhmədovu heyətinə qatmaq üçün “Xəzər Lənkəran” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, 22 yaşlı futbolçu ilə “Rəvan” da yaxından maraqlanır. Hacı komandasını dəyişməyə razılıq versə, “Zirə” onun boşluğunu “Qarabağ”ın futbolçusu Vüqar Mustafayevi icarəyə götürməklə, doldurmağa çalışacaq.
Qeyd edək ki, Hacı Əhmədov “Zirə”yə qədər “Bakı”, “Sumqayıt” və “Qarabağ” klublarının formasını geyinib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi