[b]“Xəzər Lənkəran” Skarlatakeni “İnter”ə vermədi[/b]
22.01.2015 - 19:50
“Xəzər Lənkəran” ən sadiq legioneri olan Manuel Skarlatakeni “İnter”ə verməyib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”la rumıniyalı futbolçu arasında razılıq əldə olunub.
Belə ki, Skarlatake ilə ən azı 6 aylıq müqavilə imzalanacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi yanvarın 22-də Bakıda hazırlaşan “Xəzər Lənkəran”ın əvəzedici heyəti ilə məşqə də çıxıb.
12cioyuncu.info
0
0