[b]“Xəzər Lənkəran” yeni futbolçusuna qovuşdu[/b]
12.08.2015 - 20:42
İstirahətini yekunlaşdıraraq məşqlərə başlayan “Xəzər Lənkəran” fransalı futbolçusuna qovuşub. Apasport.az saytının məlumatına görə, avqustun 12-də L’imam Şeydi Lənkərana gələrək komandaya qoşulub.
“Xəzər Lənkəran”ın məşqi başlamazdan öncə yeni futbolçu xüsusi olaraq azarkeş saytına açıqlama da verib. Əslən Qanadan olan hücumçu bunları deyib:
“Inter”lə oyunu internetdən izlədim. Oyunumuz çox xoşuma gəldi. Gənc futbolçular əzmkar futbol nümayiş etdirdilər. İlk matçda qələbə böyük əhəmiyyət daşıyır. Azarkeşlər də möhtəşəm idi və bütün bunlar məni çox sevindirir”. (12cioyuncu.info)
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
0
0