Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün cəmi 1 məşqlə kifayətlənməli olublar.
Baş məşqçi Elbrus Məmmədovun hazırlıq planına əlverişsiz hava şəraiti əngəl törədib. Belə ki, Lənkəranda dünən axşamdan etibarən yağan yağış “Xəzər Lənkəran”ın işini çətinləşdirib. Leysan nəticəsində meydançanın durumu yararsız hala düşüb. Bu isə Məmmədovun yetirmələrinə istədiyi kimi hazırlıq keçməsinə mane olub.
“Zirə” ilə oyunöncəsi cənub klubunun heyətlə bağlı problemi, demək olar ki, yoxdu. Üç futbolçu – Orxan Səfiyaroğlu, Zaman Mirzəzadə və Mahsum Qəmbərlinin yüngül zədəsi olsa da, həkimlər onları matça yetişdirə biləcəklər.
Qeyd edək ki, fevralın 21-də keçiriləcək “Xəzər Lənkəran” – “Zirə” qarşılaşması saat 14:00-da start götürəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”