[b]“Xəzər Lənkəran”da 2 futbolçu sıraya döndü[/b]
05.04.2016 - 12:22
[b]“Xəzər Lənkəran”da 2 futbolçu sıraya döndü[/b]

Topaz Premyer Liqasının XXIX turunda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” matçın hazırlığına sabah start verəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Elbrus Məmmədov yetirmələrinə gündə 2 dəfə hazırlıq keçəcək.

 

Prinsipial rəqiblə oyunöncəsi “Xəzər Lənkəran”ın heyətlə bağlı problemləri həll olunmaq üzrədi. Zədəli olduğu üçün adı “Qarabağ”la matçın iştirak ərizəsinə daxil edilməyən Vaquf Güləliyev sıraya dönüb. Cənub klubuna qış fasiləsində qoşulmuş futbolçunun “Neftçi”yə qarşı oynayacağı bildirilir.

 

Yüksək hərarəti olduğu üçün “Qarabağ”la matça çıxmayan Yusif Həsənov da artıq özünü yaxşı hiss edir. Bu futbolçu da “Neftçi” ilə qarşılaşmada komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, aprelin 10-da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 16:30-da start götürəcək. 

0