[b]“Xəzər Lənkəran”ın Antalyada ilk sparrinq rəqibi bəlli oldu[/b]
03.01.2015 - 22:03
[b]“Xəzər Lənkəran”ın Antalyada ilk sparrinq rəqibi bəlli oldu[/b]

“Xəzər Lənkəran” dövrələr arası qış fasiləsində Türkiyədə təlim-məşq toplantısı keçirəcək. Apasport.az saytının məlumatına görə, yanvarın 5-də axşam saatlarında qardaş ölkəyə yollanacaq komandanın sözügedən ölkədə ilk sparrinq rəqibi bəlli olub.

 

Belə ki, cənublular yanvarın 10-da keçirəcəyi ilk yoxlama oyununda “Təkirdağspor”la üz-üzə gələcək. İstanbuldan 135-km Qərbdə, Mərmərə dənizinin Şimal sahilində yerləşən Təkirdağ şəhərciyini təmsil edən sözügedən klub Türkiyənin regional həvəskarlar liqasının XI qrupunda çıxış edir.

 

“Təkirdağspor” 12 görüşdən 23 xal toplayaraq, hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.(12cioyunçu.info)