[b]“Xəzər Lənkəran”ın futbolçusu “Qarabağ”a lazım olmadı[/b]
27.12.2014 - 18:00
[b]“Xəzər Lənkəran”ın futbolçusu “Qarabağ”a lazım olmadı[/b]

Strategiyasını dəyişərək, gəncləşdirmə siyasətinə üstünlük verən “Xəzər Lənkəran” aparıcı futbolçuları ilə yollarını bir-bir ayırmaqda davam edir. Apasport.az saytı xəbər verir ki, artıq 8 oyunçusu ilə vidalaşan cənub təmsilçisində bu siyahı daha da genişlənəcək.

 

Klub rəhbərliyi əsasən yerli futbolçulara üstünlük verməyi düşünür. Bu üzdən də daha bir neçə əcnəbinin gedişi gözlənilir.

 

“Ağ-yaşıllar”dan ayrılması gözlənilən oyunçulardan biri də Adrian Skarlatakedi. Rumıniyalı müdafiəçinin “Qarabağ”ın maraq dairəsində olduğu iddia edilirdi. Lakin Ağdam klubundan aldığımız məlumata görə, Skarlatake heç vaxt “Qarabağ”ın gündəmində olmayıb və Azərbaycan çempionunun onu almaq fikri yoxdu.

 

Qeyd edək ki, Adrian Skarlatake 2011-ci ildən “Xəzər Lənkəran”da çıxış edir.