[b]“Xəzər Lənkəran”ın futbolçusu Makedoniya klubu ilə anlaşdı[/b]
17.12.2014 - 12:58
“Qəbələ” ilə Premyer Liqanın XV tur matçından sonra gözlənilmədən Azərbaycanı tərk edən “Xəzər Lənkəran”ın futbolçusu Deyan Blajevski özünə yeni komanda tapıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yeni ildən etibarən karyerasını ölkəsi Makedoniyada davam etdirəcək.
Bolqar həmkarlarımızın iddiasına görə, Blajevski “Vardar” klubu ilə anlaşıb. Hətta onun Skopye təmsilçisi ilə artıq müqavilə imzaladığı da vurğulanıb.
Qeyd edək ki, Deyan Blajevskinin “Xəzər Lənkəran”la müqaviləsi bu ayın sonuna qədərdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0