[b]“Xəzər Lənkəran”ın futbolçusu zədələndi[/b]
04.12.2014 - 00:01
[b]“Xəzər Lənkəran”ın futbolçusu zədələndi[/b]

Topaz Premyer Liqasının XV turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” dekabrın ötən gün növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda saat 11:00-da “Bayıl Arena” stadionunda məşqə çıxıb.

 

İsinmə hərəkətlərindən sonra Oğuz Çətin müdafiəçilər və müdafiəyə meyilli yarımmüdafiəçilərlə xüsusi çalışıb. Eyni vaxtda, komandanın o biri üzvlərinə məşq keçən baş məşqçinin köməkçisi Mustafa Əskisoy iki tərəfli oyunda futbolçuları sınayıb.

 

Beləcə, yarımsaata yaxın sürən xüsusi çalışmaların ardından cənub klubu yenidən iki tərəfli oyuna başlayıb, amma bu dəfə futbolçular ampualar üzrə bölünmədən top qovublar. Uzun müddət zədədən zəiyyət çəkdiyi üçün məşqlərə qatıla bilməyən Adrian Skarlatake hazırlıq prossesinin gedişində yenidən zədələnib. Dərhal klinikaya çatdırılan rumıniyalı futbolçunun sağlıq durumu həkim müayinəsindən sonra məlum olacaq.

 

Ümumilikdə, saatyarım davam edən hazırlıq prossesində Rauf Əliyev, Alfred Sanko və qapıçı Vyekoslav Tomiç yüngül zədələri olduqları üçün komandadan ayrıca məşq ediblər.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün də eyni stadionda və eyni vaxtda məşq keçəcək.

 

 

12cioyuncu.info