[b]“Xəzər Lənkəran”ın kapitanı “Zirə”də[/b]
31.05.2016 - 15:18
[b]“Xəzər Lənkəran”ın kapitanı “Zirə”də[/b]

Bir neçə futbolçusu ilə yolları ayıran “Zirə” diqqətini heyətin gücləndirilməsinə yönəldib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu yay fasiləsində ilk transferini həyata keçirib.

 

Belə ki, “Zirə” rəhbərliyi Azərbaycan yığmasının sabiq üzvü Tural Cəlilovla anlaşıb. “Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırdığından, klubla yolları ayrılan 31 yaşlı müdafiəçi karyerasını ölkə çempionatının gümüş mükafatçısında davam etdirəcək.

 

Cəlilov “Sumqayıt”dan da təklif almasına baxmayaraq, üstünlüyü “Zirə”yə verib. O, yeni klubu ilə bu gün 1 illik müqaviləyə qol çəkib. Məlumatı əməkdaşımızla söhbətində Tural özü də təsdiqləyib.  

 

Qeyd edək ki, Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza və Luis Alberto Diezlə vidalaşan “Zirə” Nurlan Novruzov, Vüqar Mustafayev, Tellur Mütəllimov, Kamal Bayramov, Aleksandr Şemonayev, Elvin Məmmədov, Anar Nəzirov və Nelson Bonilla ilə yeni müqavilə imzalayıb.

 

 

0