[b]“Xəzər Lənkəran”ın rəqibi dəyişdi[/b]
14.01.2015 - 17:56
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın sparrinq rəqiblərindən biri dəyişilib. Apasport.az saytının məlumatına görə, cənub klubunun yanvarın 17-də “Erciyesspor”la qarşılaşacağı gözlənilsə də, bu görüş baş tutmayacaq.
Əvəzində “Xəzər Lənkəran” həmin gün Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci görüşünü hazırda Almaniyanın “Kemnitser” klubuna qarşı keçirir.
0
0