“Xəzər Lənkəran”ın sabiq futbolçusu Osmar Siqueyra karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 26 yaşlı braziliyalı hücumçu Bakıya gəlir.
Böyük ehtimalla Siqueyra ya AZAL-a, ya da “Simurq”a keçəcək.
Qeyd edək ki, 2006-cı ilin yayında ölkəmizə gələn hücumçu o vaxt 17 yaşı olduğundan uzun müddət transferi rəsmiləşməmişdi. Ağasəlim Mircavadovun kəşfi yalnız 18 yaşı tamam olandan sonra beynəlxalq transferi gerçəkləşdi. Ardından “Masallı”ya keçən Osmar az sonra Bakı “Standard”ı ilə anlaşıb. 1 il paytaxt təmsilçisində top qovan Siqueyra Braziliyanın “Braqantino” klubuna keçib.