[b]“Xəzər Lənkəran”ın sabiq futbolçusu Branimir Subaşiçi məyus etdi[/b]
08.12.2014 - 00:02
[b]“Xəzər Lənkəran”ın sabiq futbolçusu Branimir Subaşiçi məyus etdi[/b]

Türkiyə PTT I liqasında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığma komandamızın sabiq hücuçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" “Xəzər Lənkəran”dan göndərilinən Mbilla Etamenin formasını geyindiyi "Samsunspor"u sınağa çəkib.

 

Matçda meydan sahibləri uduzub. "Samsunspor" 1:3 hesabı ilə qələbə qazanıb.

 

Start heyətində yer alan Etame 69-cu dəqiqədə komandasının oyunda 2-ci qolunu vurub. Lakin qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış sarı vərəqə ilə cəzalandırılıb.

 

Subaşiç isə fasilədən sonra Hakan Barışın əvəzinə meydana çıxıb.

 

Qeyd edək ki, "Manisaspor" 12 turdan sonra 10 xalla turnir cədvəlinin XVII pilləsində qərarlaşıb.