[b]“Xəzər Lənkəran”ın yeni transferi Azərbaycana gələ bilmir[/b]
02.08.2015 - 14:04
[b]“Xəzər Lənkəran”ın yeni transferi Azərbaycana gələ bilmir[/b]

Premyer Liqanın yeni mövsümünə hazırlaşan “Xəzər Lənkəran”ın yeni transferi Limam Seydi viza problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, fransalı hücumçunun lazmi sənədləri yalnız bazar ertəsi hazır olacaq. 


Elə həmin gün vizasını alacaq Şeydinin ölkəmizə yolu açıq olacaq.


Qeyd edək ki, 29 yaşlı forvard Türkiyə toplanışı başa çatdıqdan sonra hənin ölkədən vətəninə yollanmışdı.

(12cioyuncu.info)