[b]“Xəzər Lənkəran”nın futbolçusu Qəbələdə zədələndi[/b]
27.09.2014 - 23:00
[b]“Xəzər Lənkəran”nın futbolçusu Qəbələdə zədələndi[/b]

Səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyuna bir gün qalmış matçöncəsi son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda oyunun keçiriləcəyi Qəbələ şəhər stadionunda öncədən planlaşdırıldığından bir saat tez (18:00-da) məşqə çıxıb.

 

Yüksək əhval ruhiyyə ilə başlayan və yüngül fiziki hərəkətlərdən sonra taktiki çalışmalarla davam edən hazırlıq prossesi zamanı Əfran İsmayılov zədələnərək məşqi yarımçıq  saxlamalı olub.

 

 Qeyd edək ki, oyunöncəsi son məşqin ardından  məskunlaşdığı otelə qayıdaraq istirahətə çəkilən komanda üzvləri doğum gününü qeyd edən Vanderson Skarduellini təbrik ediblər.

 

Mənbə: 12cioyuncu.info