Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində baş tutan “Neftçi” – “Kəpəz” oyunu qonaqların futbolçusu Dieqo Qusmao üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, braziliyalı oyunçu uzun müddət sonra yenidən Azərbaycan çempionatında meydana çıxıb.
Görüşə start heyətində başlayan Qusmao 25 ay 22 gün sonra bu həyəcanı yenidən yaşayıb.
Qeyd edək ki, Azərbaycandakı karyerasına “Xəzər Lənkəran”da başlayan Dieqo 3 il cənub klubunda çıxış edib – 2008 – 2011. Ardınca 2014-cü ildə “Zirə”yə keçən yarımmüdafiəçi bugünəqədərki son oyununa da elə bu komandanın heytində çıxmışdı. O, 2015-ci il dekabrın 20-də AZAL-la oyunda məğlubiyyətə üzülmüşdü.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA