[b]“Yagelloniya” “Qəbələ”yə bir az da yaxınlaşdı - VİDEO[/b]
29.06.2017 - 22:15
UEFA Avropa Liqasında I təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək komandalardan biri “Qəbələ” yarışa II təsnifat mərhələsindən qoşulacaq.
“Qırmızı-qaralar”ın rəqibi “Dinamo” (Batumi) – “Yagelloniya” (Polşa) cütünün qalibi olacaq.
Həmin qarşılaşmanın ilk oyunu isə başa çatıb. Gürcüstanda keçirilən qarşılaşmanı qonaqlar qazanıblar – 1:0.
Matçda vurulan yeganə qolu təqdim edirik.
0
0