“Müxtəlif ölkələrdə yeni oyunçular axtarırıq. Şadam ki, Junior Nildonun transferini rəsmiləşdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Olimpiya” klubunun baş məşqçisi Yaçek Paszulevits deyib.
Ölkəsinin mətbuatına açıqlama verən 39 yaşlı çalışdırıcı uzun müddət Azərbaycan çempionatında çıxış etmiş Junior Nildonun transferini yüksək qiymətləndirib. Paszulevits braziliyalıya böyük ümid bəslədiyini vurğulayıb: “Nildo karyerasının bir neçə ilini Azərbaycanda keçirib, orda özünü yaxşı tərəfdən göstərib. “Qornik”dəki karyerası da pis alınmadı, sadəcə, zədələr ona imkan vermədi. Nildo ilə danışıqlarımız uğurlu alındı və yekunda razılığa gələ bildik. İnanıram ki, “Olimpiya”da əvvəlki formasını bərpa edə biləcək və çempionatdakı yerimizi qorumaq uğrunda apardığımız mübarizədə bizə xeyri dəyəcək. Onun gəlişindən sonra daha effektli oynayacağıq. Liqanı tərk etməyə layiq deyilik”.
Qeyd edək ki, Nildo ölkəmizdə AZAL, “Xəzər Lənkəran” və “İnter” klublarının formasını geyinib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi