[b]“Yığma komandalar üçün ildə 2 fasilə kifayətdi” – yeni prezident[/b]
06.09.2017 - 17:02
[b]“Yığma komandalar üçün ildə 2 fasilə kifayətdi” – yeni prezident[/b]

Avropa Klublar Assosiasiyasının (ECA) yeni prezidenti Andrea Anyelli “köhnə dünya”nın ölkə çempionatlarında yaranmış çoxsaylı fasilələrə qarşıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, yeni təkliflə çıxış edib.

 

“Yuventus”un prezidenti vəzifəsini də icra edən Anyelli yığma komandaların oyunları üçün yaranan fasilələrin sayının azaldılmasını istəyir.

 

O, il ərzində 2 fasilə olmasının və yığmaların bütün oyunlarının həmin dövrdə keçirilməsinin münasib olduğunu düşünür: “Belə bir problem biz də daxil olmaqla, əcnəbi oyunçulara malik əksər klublar üçün mövcuddu. Bu, braziliyalı, argentinalı və uruqvaylı oyunçulara sahib klublara ciddi maneələr yaradır. Çünki onlar, xüsusən də, payız aylarında 3-4 dəfə ölkələrinə getməli olurlar. Biz bunu FİFA və UEFA ilə müzakirə edib, hər kəsi məmnun edəcək daha uğurlu variant tapmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan klublarından “Qarabağ”, “Neftçi” və “Qəbələ” ECA-nın üzvüdü.

0