[b]“Yuventus” 19 ildən sonra...[/b]
04.04.2018 - 01:29
[b]“Yuventus” 19 ildən sonra...[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a böyük hesabla məğlub olan “Yuventus” öz antirekordunu təkrarlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” qapısından 3 top buraxmaqla buna “nail olub”.

 

Belə ki, Turin təmsilçisi 1999-cu ildən bəri Çempionlar Liqasında ilk dəfə doğma azarkeşləri önündə 3 dəfə mərkəzə dəvət edilib. 19 il əvvəl “Mançester Yunayted”lə İtaliyada keçirilən yarımfinal görüşündə ingilislər 3:2 hesablı qələbə qazanmışdılar.

 

Qeyd edək ki, “Yuventus” – “Real” matçı 0:3 hesabı ilə nəticələnib.