[b]“Yuventus” “31”lə rekord qırdı[/b]
26.10.2017 - 21:38
[b]“Yuventus” “31”lə rekord qırdı[/b]

“Yuventus” İtaliya A seriyasının X turunda SPAL-a qalib gəlib. Apasport.az saytının məlumatına görə, 4:1 hesablı qələbə ilə turinlilər həm də rekorda imza atıblar.

 

Belə ki, bu oyunla bərabər “qoca sinyora”nın mövsümdəki qollarının sayı 31-ə çatıb. Bu isə 1951/52 mövsümündən bəri A seriyası klubları arasında rekord göstəricidir.

 

Qeyd edək ki, hazırda aktivində 25 xal olan “Yuventus” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.