[b]“Yuventus” “Roma”nın futbolçusu ilə anlaşdı[/b]
01.06.2018 - 16:33
[b]“Yuventus” “Roma”nın futbolçusu ilə anlaşdı[/b]

“Roma”nın yarımmüdafiəçisi Lorenço Pelleqrini iş yerini dəyişə bilər. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, “Yuventus” onun xidmətində maraqlıdı.

 

Turin klubu 21 yaşlı futbolçunu “Latsio”da çıxış edən Sergey Milinkoviç-Saviçin alternativi qismində görür. “Yuventus” artıq Pelleqrininin agenti ilə müqavilənin şəxsi detallarını razılaşdırıb.

 

Daha öncə “Arsenal”ın da italiyalı xavbek ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, geridə qalan mövsümdə İtaliya A Seriyasında 28 matçda meydana çıxan Pelleqrini 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.