[b]“Yuventus” üçün dağlar aşdı – velosipedlə[/b]
05.06.2015 - 18:09
Bir “Yuventus” azarkeşi Çempionlar Liqası final oyunu öncəsi maraqlı hərəkətlə diqqət çəkib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Nikolo De Marki adlı fanat “Barselona” ilə final oyununu izləmək üçün Turindən Berlinə kimi velosipedlə gəlib.
Təxminən 1100 kilometrlik yolu qət etmək üçün De Marki Alp dağlarını aşaraq İsveçrəyə, ordan Lixteynşteynə və ən sonda da Almaniya ərazisinə keçərək Berlinə gəlib çatıb.
Xatırladaq ki, “Yuventus” – “Barselona” ÇL final qarşılaşması iyunun 7-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0