[b]“Yuventus”dan “Şalke”yə[/b]
02.01.2018 - 16:10
“Yuventus”un yarımmüdafiəçisi Marko Pyaça mövsümün ikinci dövrəsini Almaniyada keçirəcək. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu “Şalke” ilə anlaşıb.
Belə ki, “qoca sinyora” əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı oyunçunu Bundesliqa təmsilçisinə 6 aylıq icarəyə verib.
Qeyd edək ki, Marko Pyaça “Zenit”in də maraq dairəsində idi.
0
0