[b]“Yuventus”dan ayrılıb Almaniyaya gedir[/b]
03.01.2018 - 00:35
[b]“Yuventus”dan ayrılıb Almaniyaya gedir[/b]

“Yuventus”un xorvatiyalı futbolçusu Marko Pyatsa Turindən ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi mövsümün ikinci yarısını Almaniyada oynayacaq.

 

İtaliya mətbuatı Pyatsanın “Şalke” ilə anlaşdığını iddia edib.

Turin təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı oyunçu Bundesliqa təmsilçisinə 6 aylıq icarəyə verib. Bunun müqabilində italiyalılar 1 milyon nağd, əlavə 500 min avro isə bonus olaraq gəlir əldə edəcək.

Qeyd edək ki, Marko Pyatsa “Yuventus”a 2016-cı ildən Zaqreb “Dinamo”sundan keçib.