[b]“Yuventus”un futbolçusu “Arsenal”a keçir[/b]
30.05.2018 - 17:43
“Yuventus”un müdafiəçisi Ştefan Lixtştayner “Arsenal”a keçmək üzrədi. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçrəli futbolçu “topçular”la bir il müddətinə anlaşıb.
Müdafiəni gücləndirmək istəyən Unay Emeri təcrübəli futbolçu axtarışında idi. Bu baxımdan Lixtştayner ispan mütəxəssisin kriteriyasına uyğun gəlir.
34 yaşlı futbolçunun “Yuventus”la olan müqaviləsi iyunun 30-da başa çatır.
Qeyd edək ki, geridə qalan mövsümdə İtaliya A Seriyasında 27 matçda meydana çıxan Lixtştayner 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0