[b]“Zirə” 36 yaşlı veteranla anlaşdı[/b]
12.07.2015 - 16:52
[b]“Zirə” 36 yaşlı veteranla anlaşdı[/b]

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Zirə” heyətini gücləndirməkdə davam edir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, debütant ötən mövsümü “Sumqayıt”da keçirmiş Ruslan Poladovla anlaşıb.

 

Oyunçu artıq bu gündən etibarən komandanın düşərgəsinə qoşulub.

 

Sabah yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, son mövsümü “Sumqayıt”da keçirmiş 36 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Rəvan”, “İnter”, “Simurq”, “Xəzər Lənkəran” kimi klubların formasını geyinib.

 

Veteran futbolçu son mövsümdə “kimyaçılar”ın heyətində 11 oyunda meydana çıxıb.

 

Poladov bir dəfə, 2005-ci ildə Uels yığması ilə oyunda milli komandaya da dəvət olunub.