Azərbaycan Premyer Liqasının X turunun mərkəzi oyununu idarə edəcək Fariz Yusifov mövsümdə 5-ci matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisi “Zirə” – “Qəbələ” matçınadək 4 çempionat oyununda fit çalıb.
Onun idarə etdiyi oyunlarda maraqlı tendensiya müşahidə olunur. Belə ki, meydan sahibləri ya eyni – 2:1 hesabı ilə qalib gəlir, ya da darmadağına üzülür.
“Sumqayıt” “Kəpəz”i I, “Qarabağ” “Qəbələ”ni III, sonuncular da öz növbəsində “Neftçi”ni VI turda bu hesabla udub. Səfərdə yalnız “Neftçi” sevinib ki, onlar da VIII turda “Səbail”i darmadağın ediblər – 4:0.
Bu matçlarda 21 vərəqə göstərən Yusifov 12 dəfə meydan sahiblərinə, 9 dəfə qonaqlara cəza verib. O, hər tərəfə 1 qırmızı da göstərməyi bacarıb.
“Zirə” ilə yolları ilk dəfə kəsişəcək referi artıq iki dəfə “Qəbələ”nin matçında olub. Səfərdə 1:2 hesabı ilə üzülən “qırmızı-qaralar” evdə eyni nəticə ilə qalib gəlib.
Yusifov “Qəbələ”nin oyunçularına 5 vərəqə göstərib ki, bunlardan biri qırmızıdı. “Neftçi” ilə görüşdən sonra Stiven Monroz komanda yoldaşını vurduğu üçün belə ağır cəza alıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi