Premyer Liqanın X turunun “Zirə” – “Qəbələ” qarşılaşmasında xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 18-ci dəqiqədə hesabı açmasından sonra tribunada ara qarışıb.
Bunun səbəbkarı isə “Zirə”nin futbolçusu Milan Duriç olub. Paytaxt təmsilçisinin qol sevincini “Qəbələ” azarkeşlərinin əyləşdiyi tribunanın qarşısında qeyd etdiyi vaxtda qolun müəllifi fanatlarda qıcıq doğuran jest edib.
Onun hərəkəti qonaq komandanın azarkeşlərinin qəzəbinə səbəb olub. Tribunada əyləşənlərin sərt etirazları polis əməkdaşlarını ora axışmağa vadar edib. Onlar narazı azarkeşlərdən birini tribunadan çıxarıb və bölməyə aparmağa cəhd ediblər. Yalnız “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun müdaxiləsindən sonra fanat geri buraxılıb. Baş verənlərdən sonra Nəcəfov qarşılaşmanın davamını azarkeşlərin yanından izləməyə üstünlük verib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi