[b]“Zirə” legioner axtarır[/b]
03.01.2018 - 12:38
[b]“Zirə” legioner axtarır[/b]

Qış fasiləsinə üçüncü pillədə yollanan “Zirə” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Elşən Abdullayev, Mirsahib Abbasov, Tellur Mütəllimov və İbrahim Aslanlını heyətinə qatan paytaxt klubu bununla kifayətlənmək fikrində deyil.

 

“Zirə” qış “transfer pəncərəsi”ndə legionerlə güclənməyi də düşünür. Bakılılar hücum xəttinə əcnəbi futbolçu axtarışına çıxıblar. Baş məşqçi Ayxan Abbasov rəhbərliklə söhbətində hücumun həm mərkəzi, həm də cinahlarında çıxış edə bilən futbolçuya ehtiyac olduğunu bildirib. Paytaxt təmsilçisi bu problemi əcnəbi oyunçunun hesabına aradan qaldırmaq niyyətindədi.

 

Qeyd edək ki, “Zirə” fasilə müddətində Murad Səttarlı, Nicat Qurbanov, Qabriel Matey, David Manqa və Təmkin Xəlilzadə ilə yolları ayırıb.