[b]“Zirə” ölkə xaricinə toplanışa yollandı[/b]
20.07.2016 - 12:14
[b]“Zirə” ölkə xaricinə toplanışa yollandı[/b]

Topaz Premyer Liqasının yeni mövsümünün hazırlığını davam etdirən “Zirə” Türkiyəyə yollanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” qardaş ölkəyə bu gün səhər saatlarında yola düşüblər.

 

İyulun 15-də Türkiyədə baş verən məlum hadisələrlə bağlı “Zirə” planlaşdırılan təlim-məşq toplantısına yollana bilməmişdi. Ordakı vəziyyəti nəzərə alan klub rəhbərliyi hazırlığın Bakıda davam etdirilməsini qərara almışdı. Ancaq Türkiyədə hadisələrin səngiməsi yoxlama oyunları və hazırlıq üçün hava şəraiti baxımından daha əlverişli olan Bolu variantını yenidən gündəmə gətirib. Nəticədə baş məşqçi Adil Şükürovun istəyi ilə komanda Türkiyəyə yollanıb. “Qartallar” Bolu toplantısı zamanı iki yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı iyulun 30-dək davam edəcək.

 

 

0