[b]“Zirə” seneqallı futbolçu ilə bağlı qərarını verdi[/b]
30.01.2018 - 12:06
[b]“Zirə” seneqallı futbolçu ilə bağlı qərarını verdi[/b]

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” bir tərəfdən də heyətini gücləndirməklə məşğuldu. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qış fasiləsində 4 transfer həyata keçirən paytaxt təmsilçisi bir müddətdi baxışda olan yarımmüdafiəçi Honore Qomislə bağlı qərarını verib.

 

Seneqallı futbolçunun məşqlərdəki performansı baş məşqçi Ayxan Abbasovu qane etməyib. Bu səbəbdən 22 yaşlı hücumameyilli oyunçunun hansısa yoxlama matçında sınanmasına ehtiyac qalmayıb və o, geri qaytarılıb.

 

Qeyd edək ki, “Zirə” dövrələrarası fasilədə hələlik İbrahim Aslanlı, Elşən Abdullayev, Mirsahib Abbasov və Tellur Mütəllimovu heyətinə qatıb.