[b]“Zirə”dən “Səbail”ə 3 qol[/b]
25.03.2018 - 17:07
[b]“Zirə”dən “Səbail”ə 3 qol[/b]

Milli komandaların oyunları ilə əlaqədar çempionata verilmiş fasilədən istifadə edən klublar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, belə oyunlardan birində “Zirə” ilə “Səbail” üz-üzə gəlib.

 

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ayxan Abbasovun komandasında Milan Duriç hesabı açıb, ardınca Mirsahib Abbasov dubl edib. “Səbail”in gücü isə Vüqar Nadirovun təsəlli qoluna çatıb.

 

Yoldaşlıq oyunu

25 mart

 

“Zirə” – “Səbail” – 3:1

Qollar: Milan Duriç, 15 (pen.), Mirsahib Abbasov, 69, 75 – Vüqar Nadirov, 89