[b]“Zirə”dən ayrılacaq ilk yerli futbolçu bəlli oldu[/b]
05.05.2016 - 11:02
[b]“Zirə”dən ayrılacaq ilk yerli futbolçu bəlli oldu[/b]

Mövsümün sonunda Topaz Premyer Liqasının debütantı “Zirə”dən ayrılacaq daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi təcrübəli müdafiəçi Ruslan Poladovla da yolları ayıracaq.

 

Bir müddət öncə legionerlər - Çimezi Mbah və Dieqo Souza ilə bağlı qərar verilmişdi. Nadir hallarda meydan üzü görən bu futbolçularla yeni müqavilənin imzalanmaması lazım bilinmişdi.

 

Mbah və Souza kimi, Poladovun da “Zirə” ilə sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq. Bakılıların heyətinə düşməkdə çətinlik çəkən 37 yaşlı futbolçu oyun praktikasının azlığından əziyyət çəkir. Bu səbəbdən Ruslanın da adı “Zirə” ilə yolları ayrılacaq oyunçuların siyahısına düşüb.

 

Qeyd edək ki, ötən ilin yayında “Zirə”yə keçən Ruslan Poladov bu komandanın heyətində çempionat və kubokun hərəsində 2 matç olmaqla, cəmi 4 oyun keçirib. 

0