[b]“Zirə”nin ikinci matçının saatı bilindi[/b]
29.01.2018 - 15:24
Antalyada təlim-məşq toplanışında olan “Zirə” sabah ikinci yoxlama oyununa çıxacaq. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi “Avanqard”la üz-üzə gələcək.
Rusiya klubu ilə qarşılaşmanın başlama saatı da artıq müəyyənləşib. Belə ki, kursklularla oyun saat 16:00-da Manavqat Bələdiyyəsinin “Atatürk” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Zirə” Türkiyədəki toplanış çərçivəsində ilk yoxlama görüşündə “Volentaru” (Rumıniya) üzərində 2:0 hesablı qələbə qazanıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0