[b]“Zirə”nin prezidenti: Avrokuboklara buraxılıb-buraxılmayacağımız bilinmir[/b]
19.04.2016 - 15:04
[b]“Zirə”nin prezidenti: Avrokuboklara buraxılıb-buraxılmayacağımız bilinmir[/b]

“Elxan Məmmədovun nə üçün bu cür açıqlama verdiyini deyə bilmərəm. Biz UEFA-ya lazım olan sənədləri göndərmişik. Avrokuboklara buraxılıb-buraxılmayacağımızla bağlı cavab mayda gələcək”. Apasport.az saytının məlumatına görə, bunu “Zirə” klubunun prezidenti Vüqar Astanov deyib.

 

Klublar Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlama verən Astanov digər məsələlərə də toxunub. O, klubun Mingəçevirə köçməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını söyləyib: “Klubun Mingəçevirə köçəcəyi ilə bağlı xəbərlər doğru deyil. Bu komandanın adı “Zirə”di. Biz özümüz də bölgə klubu sayılırıq”.

 

Klub rəhbəri mövsümün sonunda heyətdə dəyişikliyə əl atmayacaqlarını da əlavə edib: “Komandada heç bir dəyişiklik gözlənilmir. İstər məşqçi, istərsə də futbolçu heyəti olsun, klubda kimlər varsa, onlarla da yolumuza davam edəcəyik. Biz heç bir dəyişikliyə ehtiyac görmürük”.

 

“Zirə” avrokuboklara buraxılmasa, onun futbolçuları digər komandalarımıza beynəlxalq arenada kömək edə bilərlər. Vüqar Astanov bu halda oyunçularını Avrokubok iştirakçılarına yalnız bu turnirdə kömək üçün verə biləcəklərini istisna etməyib: “Bu barədə müzakirə aparmaq olar”.

0