Topaz Premyer Liqasının XXVIII turunun 3 cütündə komandalardan biri digəri üzərində 4-cü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, IV dövrənin oyununu evdə keçirən “İnter”, “Bakı” və “Qarabağ” öz rəqiblərini növbəti dəfə məğlub edib.
Sonuncu iki komandanın “Simurq” və “Qəbələ” ilə görüşlərində üstünlüyü eynidir. İlk “beşlik”də qərarlaşan “Qarabağ” da, “Bakı” da rəqibi üzərinə ümumilikdə 9:3 hesablı qələbə qazanıb. Onların hərəsinin 1 böyükhesablı qələbəsi də var.
Mövsümün ən böyük üstünlüyü isə “İnter”ə məxsusdur. “Rəvan”ı 2 dəfə darmadağın edən “bankirlər” bu rəqiblə oyunlardakı 12 xalı 12 qolla qazanıb. 4 oyunda 10 top üstünlüyünə nail olan Kaxaber Sxadadzenin yetirmələri hələlik mövsümün rekordçusudur.
4 oyunda 4 qələbə qazananlar
2:12 - “Rəvan” – “İnter” – 1:5, 0:2, 1:2, 0:3
3:9 - “Simurq” – “Bakı” – 0:3, 2:3, 0:1, 1:2
3:9 - “Qəbələ” - “Qarabağ” – 0:1, 3:4, 0:1, 0:3