[b]Kapitan və rumıniyalı müdafiəçi 3 həftə gözləyəcək[/b]
27.11.2017 - 16:15
[b]Kapitan və rumıniyalı müdafiəçi 3 həftə gözləyəcək[/b]

Ölkə çempionatının XIII turunda “Qarabağ”a uduzan (2:3) “Zirə”nin iki futbolçusu zədədən əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, söhbət qapıçı Anar Nəzirov və müdafiəçi Qabriel Mateydən gedir.

 

Hər iki oyunçunun nə vaxt sıraya dönəcəyi dəqiqləşib. Həm kapitan Nəzirov, həm də rumıniyalı futbolçu daha bir müddət gözləməli olacaqlar. Belə ki, onlar 3 həftədən sonra məşqlərə başlayacaqlar. Bu isə o deməkdi ki, məşqçilər korpusu Anarla Qabrielin xidmətindən Antalya toplanışından etibarən istifadə edə biləcək.

 

Qasıq nahiyəsindən zədəli olan futbolçular üçün il vaxtından əvvəl başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının cari mövsümündə 13 turdan sonra 27 xal toplayan “Zirə” turnir cədvəlində üçüncüdü.