[b]Azərbaycanlı hakim "Borussiya"nın oyununu idarə edəcək[/b]
20.01.2015 - 13:48
[b]Azərbaycanlı hakim "Borussiya"nın oyununu idarə edəcək[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün 5 oyun idarə edəcəklər. Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi Əliyar Ağayev “Dinamo” (Moskva) – “Ludoqorets” matçında ədaləti qoruyacaq.

 

Həmçinin Orxan Məmmədov, Ramil Əhmədov, Ömər Paşayev və Ramil Diniyev də bu gün meydana çıxacaqlar.

 

20 yanvar


"Dinamo" (Moskva) - "Ludoqorets"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Nahid Hüseynov

"Lokomotiv" (Moskva) - "Borussiya U-23" (Dortmund)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov

"Neftçi" - "Elazığspor"
Hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə, Vüqar Bayramov

Albaniya (U-21) - İran (U-21)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Kamran Bayramov

"Tobol" - "Split"
Hakimlər: Ramil Diniyev, Əliyev İsgəndər, Rahil Ramazanov