[b]"Barselona" keçmiş futbolçusunu geri qaytarır[/b]
01.06.2018 - 15:17
[b]"Barselona" keçmiş futbolçusunu geri qaytarır[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “Diario Sport”a istinadən məlumatına görə, ispan futbolçunun “Barselona”ya qayıtması gündəmdədi.

 

Katalon klubunun əsas oyunçuları Jozep Bartomeuya müraciət edərək, ondan Alkantara ilə müqavilə bağlanılmasını istəyiblər.

 

Niko Kovaçın planlarına daxil olmayan 27 yaşlı futbolçunun “Bavariya”dan ayrılmaq istədiyi bildirilir.

 

“Bavariya” Tiaqoya görə 80 milyon avro tələb edir.

 

Qeyd edək ki, geridə qalan mövsümdə Bundesliqada 19 matçda meydana çıxan Tiaqo Alkantara 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.